Noksvill (ing.Knoxville) — ABŞ-nin cənubunda, Tennessi ştatında şəhər. Tennessi çayı üzərində yerləşən port şəhəri nəqliyyat qovşağı rolunu daşıyır. Noksvilldə elektrometallurgiya, maşınqayırma, metal emalı, toxuculuq, tikiş, mebel, kimya sənayesi müəssisələri var.[5] 1 iyul 2019-cu ildə əldə edilən məlumatlara əsasən, şəhərin əhalisi 187,603 nəfərdir.[6]
↑Ноксвилл // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 287.